Paytaxtın Nizami rayonunda vətəndaşın kartından pul oğurlanıb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, bir nəfərin bank kartından hesabındakı 620 manat oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nəcəf Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.