Bakının Nizami rayonunda avtomobil alışıb. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “BMW” markalı minik avtomobilinin mühərrik hissəsində baş verib. Nəqliyyat vasitəsinin digər hissələri və ətraf infrastruktur yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.