Paytaxtın Nizami rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev rayon ərazisində yerləşən evlərin birindən 1500 AZN pul, 1200 AZN-lik 4 ədəd qol saatı, eləcə də mobil telefon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.