Paytaxtın Nizami rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev adıçəkilən rayon ərazisində yerləşən evlərin birindən 2000 AZN dəyərində çilçırağı oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmaya başlanılıb.