Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
28 yaşlı Ziya Hüseynov adıçəkilən ərazidə dava edən zaman naməlum şəxslər tərəfindən ürəyindən bıçaqlanıb. O, 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.