Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qadın intihara cəhd edib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
30 yaşlı Aytən Əliyeva həyat yoldaşı ilə mübahisə edib, yaşadığı binanın damına çıxaraq özünü atıb. O, komatoz vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Əliyevanın üç övladı var. Fakt araşdırılır.