Hamilə arvadını bıçaqlayan şəxsin istintaqı başa çatıb. Bu haqda 9 aprel tarixində APA məlumat verib.
Ötən il Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb. Şəbnəm İsmayılova xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub.
Pərvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb və toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.