Bakının Nizami rayonunda rayon icra hakimiyyətinin (RİH) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları sakinləri narahat edən problemləri aradan qaldırıblar. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az RİH-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində 70 nömrəli məktəb-liseyin qarşısındakı avtomobil yolunun 3 hissəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tramplin vurulub. Həmçinin səkinin dağılmış hissəsi bərpa olunub.