Paytaxtın Nizami rayonu, Babək prospektində iki avtomobil toqquşub. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Kia” markalı avtomobil geriyə manevr edən zaman “Hyundai” markalı nəqliyyat vasitəsi ona çırpılıb. Nəticədə iki nəfər xəsarət alaraq, 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Avtomobillərə ciddi ziyan dəyib. Araşdırmalar davam edir.