Bakının Nizami rayonunda köşk yanıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 4 kv.m olan köşk tamamilə yanıb. Hadisə yerinə gələn FHN-in əməkdaşları tərəfindən ətraf ərazi yanğından mühafizə olunub.
Baxış zamanı bir nəfərin yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.