Bakının Nizami rayonunda vətəndaşların birində silah aşkarlanıb. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində saxlanılan Lerik rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Qafur Kərimovdan tüfəng və 13 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.