Bakının Nizami rayonunda yerləşən evdə meyit tapılıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
1 nəfərin mənzildə bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat verilib. Əraziyə gələn xilasedicilər tərəfindən keçirilən tədbirlər nəticəsində 1 nəfərin cəsədi aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.