Bakının Nizami rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitnadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, martın 11-də “Kia” markalı avtomobil qaçırılıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Səbuhi Məmmədli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.