Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma üçmərtəbəli orta məktəbdə qeydə alınıb. Ümumi sahəsi 2700 kv.m olan tiklinin 1-ci mərtəbəsində sahəsi 300 kv.m olan akt zalında UPS aparatı və elektrik naqilləri yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Məktəb yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.