Bakının Nizami rayonunda yerləşən evlərin birində meyit aşkarlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə bir nəfərin cəsədi aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.