Paytaxtın Nizami rayonunda mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Taleh Hüseynov rayon ərazisində yerləşən mağazadan 1800 AZN dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.