Paytaxtın Nizami rayonunda oğurluq baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini R.Dadaşov Q.Qarayev prospektində marketdən 490 manatlıq tütün məmulatları oğurlamaqda şübhəli bilinir.
N.Vəlizadə, H.Həziyev və S.Şıxıyev isə Ə.Nəvai küçəsində yerləşən ofisdən notbuk, printer, modem və 2 ədəd “PowerBank” oğurlayıblar.
Adıçəkilən şəxslər saxlanılıb. Araşdırmalar davam edir.