Bakının Nizami rayonunda quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə sentyabrın 19-da baş verib. Masallı sakinindən içərisində 850 manatı, 400 ABŞ dolları və sənədləri olan pul kisəsi quldurluq yolu ilə oğurlanıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinənlər – Lənkəran rayon sakini A.Hadıyev, Biləsuvar rayon sakinləri N.Rüstəmov və əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıblar. Fakt araşdırılır.