Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanıda meyiti tapılan körpənin anası tutulub. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Körpənin valideyni cinayət əməlini törətməkdə şübhəli bilinir. Şübhəli şəxs barəsində araşdırmalar davam edir.
Bundan əvvəl, 1 aprel tarixində “8-ci kilometr” bazarı ərazisində yaşayış binalarının arasından torbada yenicə doğulmuş qız uşağının meyiti tapılmışdır.