Paytaxtın Nizami rayonunda meyvə şirəsi istehsalı sexində yanğın baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 300 kv.m olan müəssisə 20 kv.m sahədə, ona bitişik olan köməkçi tikili isə 10 kv.m sahədə alışıb. Sexin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.