Bakının Nizami rayonunun B.Nuriyev küçəsində yanvarın 21-də yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az məlumat verir.
“Chevrolet Cruze” markalı minik avtomobili piyada zolağı ilə hərəkət edən piyadaya yol vermək üçün qəfil əyləcə basıb. Nəticədə arxadan gələn “Toyota Prado” markalı avtomobil “Chevrolet”ə çarpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
[URIS id=87848]