Nizami rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qara Qarayev prospektində baş verib. 25 yaşlı Kənan Hüseynov avtomobil yolunu keçən zaman onu motosiklet vurub. Nəticədə piyada ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.