Paytaxtın Nizami rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
35 yaşlı Mikayıl Mehdiyev motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı maneəyə çarpılıb. Nəticədə sürücü açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.