Bakının Nizami rayonunda nəqliyyat vasitəsi yanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Pilot” markalı motosiklet tamamilə yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.