Paytaxtın Nizami rayonunda “Niva” oğurlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini M.Məmmədov adıçəkilən rayonda həmyerlisi E.Mehdiyevə məxsus avtomobili oğurlayıb. Keçirilən axtarış nəticəsində şübhəli şəxs Heydər Əliyev prospektində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.