Bakının Nizami rayonunda qadının çantası oğurlanıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, oktyabrın 8-də bir qadının içərisində 500 manat pul və dərmanlar olan çantası soyğunçuluq yolu ilə talanıb.
DİN-in Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Gəncimova saxlanılıb.
Əlavə olaraq, axtarış zamanı Gəncimovanın uzərindən heroin aşkarlanaraq götürülüb.