Bakıda yerləşən ofisin seyfindən pul oğurlanıb. Bu haqda 4 avqust tarixində Report məlumat verib.
Nizami rayonunda ofislərin birinin seyfindən 46.444 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradov və T.Əfəndiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.