Bakıda oğurluqla məşğul olan şəxslər saxlanılıblar. Bu haqda 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda Bakı şəhər sakini T.Quliyevanın çantasından pul, qızıl boyunbağı, bank kartı və sənədlər oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri D.Ardayev və E.Səlimov müəyyən edilərək saxlanılıblar. Axtarış zamanı onların üzərində heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.