Nizami rayonunda avtomobil qadını vurub. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qara Qarayev prospektində baş verib. 40 yaşlı Aygün Quliyeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.