Bakının Nizami rayonu, Qara Qarayev prospektində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az xəbər verir.
Hadisə “HTC Cliniva Hospital”ın qarşısında baş verib. Bir nəfər kişi avtomobil yolunu piyada keçidi ilə keçən zaman onu nəqliyyat vasitəsi vurub. Piyada avtobusun önündən keçdiyinə görə avtomobilin sürücüsü onu görməyib. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunaraq yaralını xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırmalara başlanılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/gotovo.mp4"][/video]