Bakının Nizami rayonu, Qara Qarayev prospektində avtomobil obyektə çarpılıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında qeydə alınıb. Şahidlərin sözlərina görə, “Toyota Prius”un sağ tərəfində olan avtomobil, sol zolağa keçərək onu sıxıb. Nəticədə “Prius” sürücüsü idarəetməni itirərək dönərxanaya girib.
Qəza zamanı xəsarət alan olmayıb. Obyektə və avtomobilə maddi ziyan dəyib.