Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda 7 mart tarixində APA məlumat verib.
Nizami rayonu, Bəkir Çobanzadə küçəsində Azər Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb. Sürücü sükana nəzarəti itirib və avtomobili yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən “VAZ-2106” yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.
[caption id="attachment_35880" align="alignnone" width="800"]
Foto APA.az saytından[/caption]