Bakının Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Nagim Səlimov saxlanılıb.
O, rayon ərazisində bir qadının çantasından mobil telefon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.