Bakının Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 11-də bir nəfərin mobil telefonu quldurluq yolu ilə talanıb.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş T.Mürsəlov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.