Paytaxtın Nizami rayonu ərazisində çürümüş meyit aşkarlanıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 5 may tarixində xəbər verir.
Burada evlərin birində 90 yaşlı Xəyyam Novruzovun çürümüş meyiti tapılıb.
Meyitin 10-12 gün evdə qaldığı bildirilir.
X.Novruzov tək yaşadığı üçün onun ölümündən kiminsə xəbəri olmayıb. Qonşular kişinin dünyasını dəyişdiyini hiss edərək, onun qohumlarına məlumat veriblər.
Onun hansı səbəbdən ölməsi hələlik bilinmir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.