Yenilənib:
Yanğın söndürülüb.
Nizami rayonunda restoranda yanğın başlayıb - 15:42
Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində restoran yanır. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən küçədə yerləşən restoranlardan birinin dam örtüyündə alışma başlayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınsöndürmə işləri davam edir.