Paytaxtın Nizami rayonunda yerləşən restoranda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 300 kv.m olan birmərtəbəli obyektin taxtadan ibarət zalının yanar konstruksiyaları 120 kv.m sahədə və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.