Paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“BYD” markalı avtomobildə olan 2 sərnişin sürücünü bıçaqla hədələyərək 550 manatını quldurluq yolu ilə talayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.