Nizami rayonunda üzərində silah gəzdirən şəxs tutulub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı adıçəkilən rayonda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev saxlanılıb. Onun üzərində 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqça və 8 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işinə başlanılıb.
[caption id="attachment_102425" align="alignnone" width="640"]
Foto DİN[/caption]