Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Sərxan Mustafayev saxlanılıb.
O, bir nəfərin mobil telefonunu və içərisində sənədləri olan çantasını talamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam etdirilir.