Paytaxtın Nizami rayonunda yanğın olub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, transformatorun yağı və sarğıları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.