Bakının Nizami rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“ВАЗ” markalı avtomobil tamamilə yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.