Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Tikilinin 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilə bitişik sahəsi 25 kv.m olan əlavə tikilidə 5 pəncərə çərçivəsi 30 p.m, həmçinin 3 məişət avadanlığı və yaxınlıqda 15 kv.m sahədə məişət tullantıları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.