Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən və ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı ev 20 kv.m sahədə alışıb, tavan isə 20 kv.m sahədə qarsalanıb. Nəticədə 1 nəfər yanıq xəsarəti alıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.