Nizami rayonunda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 2 otaqlı evdə başlayıb. Nəticədə ev tamamilə kül olub. Alov binaya bitişik olan talvarı 55 kv.m sahədə və digər evin pəncərəsini yandırıb. Sonuncu evin qalan hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.