Bakının Nizami rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
69 yaşlı Mələk Şərifova “Neftçilər” metro stansiyasının yaxınlığında yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.