Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayonda yerləşən doqquzmərtəbəli binanın pilləkən qəfəsində baş verib. Nəticədə qəfəsdə quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac yanıb. Mənzillərə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.