Nizami rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Sədərək rayon sakini E.Seyidov “Qazel” markalı avtomobili idarə edən zaman Oğuz rayon sakini T.Manafovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, o, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.