Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
39 yaşlı Vüsal Hacıyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.