Paytaxtın Nizami rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 45 kv.m olan zirzəmi otağı 10 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.